İspaniya kəşfiyyat danışıqlarının  yenidən başlayacağını məmnuniyyətlə qarşılayıb

İspaniya Türkiyə ilə Yunanıstan arasında kəşfiyyat danışıqlarının  yenidən başlayacağını məmnuniyyətlə qarşıladığını bildirib.

1564699

İspaniya Xarici İşlər Nazirliyinnin mövzuya dair açıqlamasında "İspaniya Şərqi Aralıq dənizində dialoqu təşviq etmək səylərini fəal şəkildə dəstəkləyir" ifadəsi yer alıb.

İspaniya sözügedən danışıqların “2020-ci il dekabr tarixli Avropa İttifaqı liderlərləri sammitinin nəticələrinə uyğun olaraq bölgədə gərginliyin azaldılması, stabilliyin hakim olmasının təminində dəstəyinin olacağına inandığını" vurğulayıb.

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasındakı kəşfiyyat danışıqlarının 61-ci turunun 25 yanvar tarixində İstanbula keçiriləcəyi elan edilmişdi.

Әlaqәli Xәbәrlәr