Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 20 min 125-ni keçib.

1564754
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir
super foto fransa koronavirus fransa 2.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 20 min 125-ni keçib. İnfeksiyaya yoluxanların sayı 94 milyon 414 min, virusdan müalicә olunaraq sağalanların sayı da 67 milyon 456 mindən yuxarıdır.
ABŞ-da epidemiyadan ölənlərin sayı 401 min 856-ya, yoluxmaların sayı isə 24 milyon 102 min 429-ə yüksəlib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) yaydığı məlumatda üç həftə ərzində 90 mindən çox amerikalının yeni növ koronavirusdan ölə biləcəyi təxmin edilib. CDC İngiltərədə ilk dəfə ortaya çıxan yeni bir "Covid-19" növünün mart ayına qədər ölkədə təsirli ola biləcəyi xəbərdarlığını edib. ABŞ-ın prezidenti seçilən Co Bayden "Covid-19" epidemiyası ilə mübarizə və peyvəndlənmənin daha sürətli aparıla bilməsi üçün Konqresdən daha 100 min nəfər tibb işçisi istəyəcəyini söyləyib. Peyvəndin pulsuz olacağına diqqət çəkən Bayden vəzifəyə başladığı ilk 100 gündə 100 milyon amerikalının peyvənd olunması vədini verib.

İnsan itkisinin 87 min 295-i və yoluxmaların sayının 3 milyon 316 mini keçdiyi İngiltərədə Baş nazir Boris Conson "Covid-19"un yeni növlərinin ölkəyə daxil olmasının qarşısını almaq üçün əlavə tədbirlər gördüklərini söyləyib və 10 günlük karantin tələbinin tətbiq olunacağını açıqladı. Milli Səhiyyə Xidmətlərinin (NHS) "çox çətin  vəziyyətdə" olduğunu qeyd edən Conson xəstəxanalarda olanların sayının 37 mini keçdiyini və epidemiya səbəbindən bir çox xərçəng xəstəsinin müalicəsinin təxirə salındığını vurğulayıb.
İtaliyada "Covid-19"dan ölənlərin sayı 81 min 325-ə, yoluxmaların sayı isə 2 milyon 352 min 423-ə yüksəlib. Bir müddətdir epidemiya üçün tətbiq olunan Fövqəladə Vəziyyətin müddəti 30 aprel tarixinə qədər uzadılib. Baş nazir Cüzeppe Konte "Covid-19"a qarşı hazırlanan peyvəndlərin ölkəsində bir milyon insana tətbiq edildiyini bildirib.

Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 152 min 130, yoluxmaların isə 10 milyon 543 min 659-a yüksəlib.

İranda ötən 24 saat ərzində 96 nəfər koronavirusdan ölüb.

Bununla da İranda bu virusdan ölənlərin sayı 56 min 719  nəfərə çatıb.

Rusiyada son 24 saat ərzində daha 24 min 92 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Bununla da ölkədə yoluxanların sayı 3 milyon 544 min 623 nəfərə çatıb.

Son 24 saat ərzində 590 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 65 min 85 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Bəzi ölkələrdə isə "Covid-19"dan insan itkisi aşağıdakı kimidir:
Braziliya (208 min 291), Meksika (139 min 22), Fransa (69 min 949), İspaniya (53 min 314), Kolumbiya (47 min 868), Almaniya (46 min 537), Argentina (45 min 227), Peru (38 min 654), Polşa (32 min 844), Ukrayna (20 min 542), Kanada (17 min 729), Çili (17 min 369), Rumıniya (17 min 98), Ekvador (14 min 273), Çexiya ( 14 min 29), Hollandiya (12 min 868), Macarıstan (11 min 177), Cənubi Afrika (36 min 467), İndoneziya (25 min 484), İraq (12 min 932), Pakistan (10 min 908), Mərakeş (7 min 888), Tunis (5 min 528).



Әlaqәli Xәbәrlәr