Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyona yaxınlaşıb
Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 2 min 660-ı keçib.


Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı iki milyon 4 min 420-u keçib. İnfeksiyaya yoluxanların sayı 93 milyon 611 min, virusdan müalicә olunaraq sağalanların sayı da 66 milyon 916 mindən yuxarıdır.
İspaniyada "Covid-19"dan son 24 saat ərzində 201 nəfərin ölümü ilə insan itkisi 53 min 79-a yüksəlib. Müvafiq zaman ərzində 35 min 878 yeni yoluxma qeydə alınması ilə virusa yoluxanların sayı 2 milyon 211 min 967-ə çıxıb.
Portuqaliyanın Səhiyyə Nazirliyi son 24 saat ərzində "Covid-19" səbəbiylə 148 adamın öldüyünü və 10 min 698 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 8 min 384-ə, yoluxma sayı 517 min 816-a yüksəlib. Bu arada, rəsmi proqramlarını ləğv edən prezident Marselo de Sousa ilə yanaşı 3 nazir də karantindədir.
Almaniyada son 24 saat ərzində yeni növ koronavirus nfeksiyasına 22 min 368 yoluxma halı qeydə alınıb, 1 min 113 nəfər vəfat edib.
Almaniyada indiyə qədər "Covid-19"a yoluxanların sayı 2 milyon 958 min nəfərə çatıb.
Xəstəlikdən ölənlərin sayı 44 min 994 nəfər olub.
Hindistanda epidemiya səbəbiylə ölənlərin sayı 151 min 954, infeksiyaya yoluxanların sayı isə 10 milyon 528 min 508-ə yüksəlib.
Yeni tip koronavirus səbəbindən insan itkisi Misirdə 8 min 421, Mərakeşdə7 min 854, Tunisdə 5 min 478-ə çıxıb. Orta Şərqdə və Şimali Afrikada "Ərəb Baharı" nın başlanğıc nöqtəsi olan Tunisdəki inqilabın 10-cu ildönümü həmişəki kimi küçələrdə deyil, "Covid-19" səbəbiylə sosial mediada qeyd olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə direktoru Dr. Matshidiso Moeti Covid-19" epidemiyasının qitə boyunca sürətlə artdığını ifadə edərək, "Covid-19" peyvəndlərinin mart ayında Afrika qitəsinə çatması vacibdir" deyib.
Әlaqәli Xәbәrlәr

Fransanın Səhradakı əməlləri toz buludu ilə üstünə gəlir
Toz buludu bir çox Fransa şəhərini sarıya boyayıb və radyoaktif qalıqları da özü ilə yayıb