AHİM-in "Rusiyanın Krımdakı insan hüquqları pozuntuları" ilə bağlı qərarı

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) Ukraynanın "Rusiyanın Krımdakı insan hüquqları pozuntuları" ilə bağlı verdiyi müraciətlərin böyük hissəsini tədqiq etməyi qəbul edib.

1564253
AHİM-in "Rusiyanın Krımdakı insan hüquqları pozuntuları" ilə bağlı qərarı

Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) Ukraynanın "Rusiyanın Krımdakı insan hüquqları pozuntuları" ilə bağlı verdiyi müraciətlərin böyük hissəsini tədqiq etməyi qəbul edib. 

AİHM-in mövzu ilə bağlı bəyanatında bildirilib ki, Ukraynanın Krımdakı 27 fevral 2014 - 26 avqust 2015-ci il tarixləri arasındakı insan hüquqları pozuntuları ilə əlaqədar Rusiyaya yönəldilmiş müraciətləri barədəki qərar tədqiqatlar nəticəsində elan ediləcək.

Rusiyanın Ukraynanın razılığı olmadan 2014-cü ilin yanvar-mart aylarında Krımdakı hərbi mövcudluğunu ikiqat artırdığı ifadə edilən bəyanatda AİHM-in Rusiyanın 27 fevral-18 mart 2014-cü il tarixlərində Krım üzərində nəzarəti həyata keçirdiyi barədə kifayət qədər məlumata sahib olduğu bildirilib.

Bəyanatda Rusiyanın Krımdakı hərbi mövcudluğunu artırmasına haqq qazandıracaq bir şey ortaya qoymadığı da ifadə edilib.

Bəyanatda o da vurğulanıb ki, Ukrayna hökuməti tərəfindən hadisə ilə bağlı verilən məlumatlar “dəqiq və uyğun”dur.  Avropa İnsan Hüquqları Konvensiyası yaşamaq haqqı, işgəncənin qadağan edilməsi, azadlıq və təhlükəsizlik hüququ, ədalətli mühakimə etmə hüququ, şəxsi və ailə həyatına hörmət, düşüncə, vicdan, din, İfadə, toplaşma və təhsil hüququ, sərbəst hərəkət azadlığı və ayrı-seçkiliyin qadağan edilməsi ilə bağlı maddələrin pozulması ilə əlaqədar Rusiya tərəfindən edilən müraciətlər qəbul edilmişdir. 

Bəyanatda Rusiyanın Krımdakı qətl hadisələri törətdiyi və xarici jurnalistlərin 2014-cü ilin mart ayında qısa müddətə həbsdə qalması ilə bağlı edilən şikayətlərin rədd edildiyi və Ukrayna hökumətinin bu mövzuda dəlil təqdim etmədiyi vurğulanıb. 

Qeyd edək ki, Rusiya 2014-cü ilin mart ayında Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib.



Әlaqәli Xәbәrlәr