Luici Di Maio Nikos Dendiasla görüşüb
İtaliya xarici işlәr naziri Luici Di Maio Türkiyә ilә Yunanıstan arasında araşdırma görüşlərinin yenidən başlamasını məmnuniyyətlə qarşıladıqlarını deyib.
İtaliya xarici işlәr naziri Luici Di Maio Türkiyә ilә Yunanıstan arasında araşdırma görüşlərinin yenidən başlamasını məmnuniyyətlə qarşıladıqlarını deyib.
İtaliya Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda Di Maionun Yunanıstan xarici işlәr naziri Nikos Dendias ilә Romada görüşdüyü bildirilib.
Görüşdә ikitәrәfli münasibәtlәr, Avropanın gündәmini zәbt edәn әhәmiyyәtli mövzular vә Aralıq dәnizindәki proseslәrin müzakirә olunduğu qeyd olunub.
İtaliya Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda hәmçinin deyilir: ‘‘Luici Di Maio Türkiyә ilә Yunanıstan arasında araşdırma görüşlərinin yenidən başlamasını məmnuniyyətlə qarşıladıqlarını vurğulayıb’’.
Digәr tәrәfdәn Di Maionun Birlәşmiş Millәtlәr Tәşkilatının Liviya üzrә xüsusi nümayәndәsinin tәyin olunmasının vacibliyi ilә Liviya Siyasi Dialoq Forumunda irәlilәyişin әldә olunması vә atәşkәsә dair müqavilәnin hәyata keçirilmәsinin әhәmiyyәtini vurğuladığı bildirilib.