Vendi Morton Türkiyə ilə Yunanıstan arasında baş tutacaq danışıqları qiymətləndirib

İngiltərənin Avropa məsələləri üzrə naziri Vendi Morton Türkiyə ilə Yunanıstan arasında araşdırma görüşlərinin yenidən başlamasını məmnuniyyətlə qarşıladıqlarını deyib.

1562656

Vendi Morton araşdırma görüşlərinin Şərqi Aralıq dənizində sabitliyin təmən edilməsinə ciddi töhfələr verəcəyini deyib. 

Vendi Morton rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımda deyib:"Türkiyə ilə Yunanıstan İngiltərənin yaxın dostları və NATO-dakı əhəmiyyətli tərəfdaşıdırlar".

Qeyd edək ki, Türkiyə ilə Yunanıstan arasındakı araşdırma görüşlərinin 61-ci turu yanvarın 25-də İstanbulda keçiriləcək. 

Әlaqәli Xәbәrlәr