Oleq Uruski Ukrayna ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib
Ukrayna Baş nazirinin müavini Oleq Uruski müdafiә sahәsindә ölkәsi ilә Türkiyәnin әmәkdaşlığını yüksәk qiymәtlәndirdiyini bildirib.

Ukrayna Baş nazirinin müavini Oleq Uruski müdafiә sahәsindә ölkәsi ilә Türkiyәnin әmәkdaşlığını yüksәk qiymәtlәndirdiyini bildirib.
Oleq Uruski deyib: ‘‘Türkiyә ilә münasibәtlәrin güclәnmәsi Ukraynanın müdafiә sahәsindә fәaliyyәt göstәrәn şirkәtlәrinin inkişafı baxımından әhәmiyyәt kәsb edir’’.
Anadolu Agentliyinә bәyanatlar verәn Oleq Uruski ikitәrәfli münasibәtlәrin çox sayda sahәdә inkişaf etdiyini, ikitәrәfli ticarәtin inkişaf etdirilmәsi mәsәlәsindә dә Türkiyәnin önәmli şirkәtlәri ilә iclaslar keçirildiyini bildirib.
Oleq Uruski müdafiә sahәsindә ölkәsi ilә Türkiyәnin әmәkdaşlığını yüksәk qiymәtlәndirdiyini bildirib.
Uruski Ukrayna şirkətlərinin ASELSAN, ROKETSAN, HAVELSAN, Maşın və Kimya Sənayesi Təşkilatı, Delta Defence, BAYKAR və müdafiә sahәsindә fәaliyyәt göstәrәn digər Türk şirkətləri ilə fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Oleq Uruski müdafiә sahәsindәki layihәlәrlә bağlı bildirib ki, iki ölkәnin şirkәtlәrinin tutumu yüksәk sәviyyәdәdir. Hәr iki ölkә dә müasir silahlar istehsal edә bilәr.