Estoniya Baş naziri istefa verdi

Estoniya Baş naziri Juri Ratas, üzvü və sədri olduğu Mərkəzi Partiya haqqındakı Korrapsiya iddiaları səbəbindən baş nazir vəzifəsindən istefa verdi.

1562791
Estoniya Baş naziri istefa verdi

 Yerli medianın məlumatına görə Baş nazir Ratas paytaxt Tallindəki açıqlamasında siyasətdəki mürəkkəb vəziyyətləri həll etmək üçün çətin qərarların verilməli olduğuna diqqət çəkib və bu səbəbdən istefa qərarı aldığını bildirib.

İstefa qərarının dünən Estoniya Respublika Prokurorluğunun Mərkəzi Partiya və 5 üzvünün korrupsiyada şübhəli bilindiyini elan etməsindən sonra qəbul edildiyinə diqqət çəkilir.

Qeyd edək ki, 2016-cı ildən bəri baş nazir postunda əyləşən Ratas, Mərkəzi Partiya, Sosial Demokratlar və İsama partiyalarından ibarət koalisiyanın rəhbəri idi.



Әlaqәli Xәbәrlәr