Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib

Tramp Baydenin andiçmə mərasimi öncəsi Vaşinqtonda fövqəladə vəziyyət elan edib.

1561897
Tramp Vaşinqtonda fövqəladə vəziyyət elan edib

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yanvarın 20-də Demokratlar Partiyasından prezident seçkilərində qalib gəlmiş Co Baydenin andiçmə mərasimi zamanı təhlükəsizliyin təmin edilməsi üçün Vaşinqtonda fövqəladə vəziyyət rejimi tətbiq edib.

Fövləqadə vəziyyət çərçivəsində Trampın Daxili Təhlükəsizlik Nazirliyi tərkibindəki Federal Təcili Vəziyyət İdarəsi Agentliyinə vacib bütün tədbirləri görməsi tapşırığını verdiyi qeyd edilib.

Ağ Evin bununla bağlı yaydığı məlumatda “Prezident Donald Tramp bu gün Kolumbiya dairəsində fövqəladə vəziyyət rejimi elan edib və 59-cu prezidentin andiçmə mərasimi ilə əlaqədar fövqəladə vəziyyət səbəbindən dairənin təhlükəsizlik tədbirlərinə əlavə federal yardımın yönəldilməsini dair əmr verib” deyilir.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 5 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə, öz növbəsində, yanvarın 20-da hakimiyyəti dinc yolla ötürəcəyini açıqlayıb. Yanvarın 20-də Co Baydenin prezident kimi and içəcəyi gözlənilir.

 

 

 



Әlaqәli Xәbәrlәr