Yəməndə aclıq çəkənlərin sayı rekord seviyyədə artıb

Yəməndə 13,5 milyon insan aclıq səbəbi ilə ölüm riski altındadır, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib.

1561257
Yəməndə aclıq çəkənlərin sayı rekord seviyyədə artıb

BMT İnsani İşlər Koordinasiya Ofisinin (OCHA) sözçüsü Vanessa Huguenin bu barədə açıqlama verib: “Yəməndəki humanitar böhran davam edir. Ölkə ərazilərində kifayətsiz qidalanma həddindən artıq təhlükəli seviyyələrə çatıb. Demək olar ki Yəmənlilər ac qalmırlar, aclıqla pəncələşirlər. Yəməndə hazırda 13,5 milyon insan aclıq səbəbindən ölüm riski altındadır. Beynəlxalq ictimaiyyəti Yəmən üçün yaradılan humanitar fondlara dəstək verməyə və ölkədəki şiddətə son qoymağa çağırıram”-deyə Vanessa Huguenin vurğulayıb.

 Digər tərəfdən, Yəmənlilərin üçdə ikisinin təhlükəsiz, təmiz su və sağlamlıq xidmətlərindən məhrum qaldıqları bildirilir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) Twitter hesabındakı şərhdə hər üç Yəmənlidən ikisinin təmiz su və əsas səhiyyə xidmətlərindən məhrum olduğuna diqqət çəkilib. Açıqlamada vurğulanıb ki, yeni növ koronavirus (Kovid-19) təhlükəsinin davam etdiyi bir dövrdə Yəmənliləri təmiz su ilə təmin etmək hər zamankindən daha vacib dir. Yəməndə davam edən qarşıdurma nəticəsində kanalizasiya və su şəbəkələrinə ciddi ziyan dəyib. Camaatin təmiz su əldə etməsi imkansız hal alıb. Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü ölkədə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında qarşıdurmalar davam edir. 2014-cü ilin sentyabrından bəri husilər paytaxt Sənaya və bəzi bölgələrə nəzarəti ələ keçiriblər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin martından bəri husilərə qarşı Yəmən hökumətinə dəstək verir. Yəməndə təxminən 5 ildir davam edən qarşıdurmalarda minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə vətəndaş müharibəsi səbəbindən yaranan humanitar böhran dəhşətli seviyyələrə çatıb. Birləşmiş Millətlər Təşkilatının hesabatına görə dünyanın ən ağır humanitar böhranlarından birinin hökm sürdüyü Yəməndə 22 milyondan çox insan yardım və qorumaya möhtacdır.



Әlaqәli Xәbәrlәr