Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 894 min 268-i keçib.

1558856
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 894 min 268-i keçib. İnfeksiyaya yoluxanların sayı 87 milyon 783 min, virusdan müalicә olunaraq sağalanların sayı da 63 milyon 265 mindən yuxarıdır.

İngiltәrәdә koronavirusdan ölәnlәrin sayı gün әrzindә 1041 artaraq 77 min 346-ya, infeksiyaya yoluxanların sayı da  62 min 322 artaraq 2 milyon 836 min 801-ә çatıb. Sәhiyyә naziri Matt Hankuk parlamentdә etdiyi çıxışında xәstәxanalarda 30 mindәn çox koronavirusa yoluxmuş xәstәnin müalicә olunduğunu vә sәhiyyә xidmәtlәrinin ciddi tәzyiq altında olduğunu söylәyib.

İranda son 24 saat ərzində yeni növ koronavirus infeksiyasından 103 nəfər ölüb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 55 min 993 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 6 min 360 nəfər koronavirisa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 milyon 268 min 263 nəfərə çatıb. Koronavirus daşıyıcılarından 4 min 745 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 milyon 50 min 553 nəfər koronavirusdan sağalıb.

Rusiyada son 24 saat ərzində daha 23 min 541 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub.

Rusiyada "Covid-19"a yoluxanların sayı 3 milyon 332 min 142 nəfərə çatıb.

Son 24 saat ərzində 506 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 60 min 457 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.



Әlaqәli Xәbәrlәr