Səudiyyə Ərəbistanı Qətər ilə böhrana son qoyulması barədə bəyanat verib

Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurası zirvə toplantısı ilə Qətərlə mübahisələrə son qoyulduğunu və diplomatik əlaqələrin yenidən qurulduğunu bildirib.

1558056

Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Ferhan Al Saud yanvarın 5-də keçirilən 41-ci Körfəz Əməkdaşlıq Şurasının (GCC) sammitində Qətərə embarqo qoyan ölkələrin Doha ilə diplomatik əlaqələrini bərpa etdiklərini və embarqonu ləğv etdiklərini söyləyib.

Bin Ferhan və GCC baş katibi Nayif el-Hacraf birgə mətbuat konfransında Körfəz böhranına son qoyulduğu bildirilən 41-ci GCC sammitində liderlənih imzaladığı Ula sazişi haqqında məlumat veriblər.

Bin Ferhan liderlərin imzaladığı sazişdə "Körfəz ölkələrinin daxili işlərinə birbaşa və ya dolayı müdaxilə qarşısında həmrəylik vurğulandı" deyib.
Həmin saziş və sammitindən sonra Qətərə istiqamətli embarqonun ləğv edildiyini bildirən nazir GCC zirvəsilə Qətərlə münaşiqəyə son qoyuldu və diplomatik əlaqələr bərpa edildi" deyə vurğulayıb.

Әlaqәli Xәbәrlәr