Misir Körfəz ölkələri arasında imzalanan sazişdən məmnunluğunu ifadə edib

Misir yanvarın 4-də Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitində əldə edilən əməkdaşlıq sazişini imzaladığını bəyan edib.

1558066
Misir Körfəz ölkələri arasında imzalanan sazişdən məmnunluğunu ifadə edib

Misir yanvarın 4-də Körfəz Əməkdaşlıq Şurası (GCC) Sammitində əldə edilən əməkdaşlıq sazişini imzaladığını bəyan edib.

Misirin Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda ərəb ölkələri arasında yaxşı əlaqələrin inkişaf etdirilməsinin hər zaman vacib olduğu vurğulanıb.

"Misir dördlü ərəb ölkələrilə Qətər arasında əldə edilmiş razılaşmaya əhəmiyyət verir və qardaş ölkə Küveytin  son illərdəki səylərini alqışlayır" deyə bəyanatda bildirilib. 

Bəyanatda ərəb ölkələrinin bir-birinin daxili işlərinə qarışmamaq prinsipinin də vurğulanması diqqət çəkir.



Әlaqәli Xәbәrlәr