Kim Çen In: “ Hər sahədə uğursuzam”

Şimali Koreya lideri Kim Çen In konqresdə etdiyi çıxışında hər sahədə uğursuz olduğunu söyləyib.

1558521
Kim Çen In: “ Hər sahədə uğursuzam”

Dünyanın ən qapalı qutusu olan Şimali Koreyada hakim İşçi Konqresi 2016-cı ildən bəri ilk dəfə toplanıb. Səkkizinci dəfə keçirilən konqresin Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden rəsmi olaraq vəzifəyə başlamazdan bir müddət əvvəl toplanması diqqət çəkib. Ölkə lideri Kim Çen In konqresdəki çıxışında iqtisadi uğursuzluqlardan danışıb və hər sahədə uğursuz olduğunu vurğulayıb.

Qeyd edək ki, yeni növ koronavirus epidemiyasının ümumdünyaya yayıldığı gündən bəri ölkədə heç bir hadisə qeydə alınmayıb. Ancaq ABŞ mediasının məlumatına görə ölkə rəhbərliyi peyvənd tələb edib.

7 min nəfərin iştirakı ilə təşkil edilən konqresin neçə gün davam edəcəyi bilinməsə də 1970-ci ildə təşkil edilən qurultay 12, 1980-ci ildə 5 və 2016-cı ildəki son qurultay isə 4 gün davam etmişdi.



Әlaqәli Xәbәrlәr