Vaşinqtonda tәhlükәsizlik tәdbirlәri güclәndirilib

Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi (Pentaqon) bu həftə gözlənilən hadisələrin qarşısını almaq üçün məhdud sayda hərbi qüvvənin paytaxt Vaşinqtona göndərilməsinә icazә verib.

1557358

Mәlumata görә, paytaxt Vaşinqtonda Tramp tәrәfdaşlarının keçirәcәyi yürüşdәn әvvәl tәhlükәsizlik tәdbirlәri güclәndirilir.

Müdafiә nazirinin müavini Kristofer Millerin mәhdud sayda hərbi qüvvənin şәhәrә göndәrilәcәyini bildirmәsindәn sonra Vaşinqton Bәllәdiyyәsinin sәdri Muriel Bovser tәşkil etdiyi mәtbuat konfransında şәhәrdәki әsgәr sayının artdığını elan edib.

Bovser Vaşinqton әhalisinә çәrşәmbә axşamı vә çәrşәmbә günü şәhәr mәrkәzindәn uzaq durmaları ilә әlaqәdar çağırış edib.

Donald Trampın minlәrlә tәrәfdarının bu gün Vaşinqtonun mәrkәzindә aksiya keçirmәsi gözlәnilir.

Әlaqәli Xәbәrlәr