Faustin Archange Touadera növbəti dəfə prezident seçildi
27 dekabr 2020-ci ildə Mərkəzi Afrika Respublikasında (MAR) keçirilən prezident seçkilərində Faustin Archange Touadera növbəti dəfə prezident seçildi.
1557559
Seçkilərdə fəallıq 76% olub. Faustin Archange Touadera səslərin 53.92% -ni toplayaraq prezident seçilib. Mərkəzi Afrika Respublikası Yeniləşmə Partiyasının namizədi Anicet-Georges Dologuele isə 21% , Mərkəzi Afrika Xalq Azadlıq Hərəkatının namizədi keçmiş Baş nazir Martin Ziguele 7.4% səs toplayıb.
Münaqişələrin kölgəsində keçirilən seçkilərdə, təxminən 1,8 milyon seçici 5 il ölkəni idarə edəcək prezident ilə milli məclisinə 140 millət vəkilini seçmək üçün 27 dekabrda seçki məntəqələrinə axışdı.