ÜST-ə fələstinli məhkumların peyvəndlənməsi üçün çağırış edilib

Fələstinli Məhkumlar Dərnəyi ÜST-ü İsrail həsbxanalarındakı fələstinlilərə yeni növ koronavirus (Covid-19) vaksini vurulmasına icazə verilməsi üçün Tel Aviv rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

1556633
ÜST-ə fələstinli məhkumların peyvəndlənməsi üçün çağırış edilib

Fələstinli Məhkumlar Dərnəyi Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) İsrail həsbxanalarındakı fələstinlilərə yeni növ koronavirus (Covid-19) vaksini vurulmasına icazə verilməsi üçün Tel Aviv rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Fələstinli Məhkumlar Dərnəyi Qəzza zolağındakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (ICRC) binası qarşısında mətbuat konfransı təşkil edib.

İslami Cihad Hərəkatının rəsmisi Əhməd əl-Mudellel burada Dərnək adından verdiyi açıqlamada "Həbsxanalarda "Covid-19" epidemiyasının sürətlə yayılması məhkumların həyatı üçün ciddi qorxu və narahatlıq yaratdı" deyib.

Mudellel epidemiya səbəbiylə İsrail həbsxanalarındakı fələstinli məhkumların sağlıq durumunun təhlükə altında olduğunu və İsrailin fələstinli məhkumlara peyvənd vurmaqdan imtina etdiyini ifadə edərək, Fələstin rəhbərliyindən "məhkumlarla bağlı məsələni beynəlxalq aləmə çatdırmasını" istəyib.

Mudellel, Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) "həbsxanalarda tibbi müdaxilə və peyvəndlərin istifadəsinə icazə verilməsi üçün İsrailə təzyiq göstərməyə" çağırıb.

"Haaretz" qəzetindəki xəbərlərdə İsrailin İctimai Təhlükəsizlik naziri Əmir Ohananın İsrail həbsxanalarındakı fələstinli "təhlükəsizlik" məhbuslarına "Covid-19" əleyhinə  peyvəndin vurulmaması üçün aidiyyəti olan qurumlara göstəriş verdiyi bildirilmişdi.

İsrail həbsxanalarında indiyədək 171 fələstinli məhbusda "Covid-19" virusunun aşkarlandığı açıqlanıb.



Әlaqәli Xәbәrlәr