Livanda etiraz aksiyası keçirilib

Livandakı maliyyə böhranı, işsizlik və bahalıq vəziyyəti Tripoli şəhərində keçirilən nümayişdə etiraz edilib.

1556637
Livanda etiraz aksiyası keçirilib

Livandakı maliyyə böhranı, işsizlik və bahalıq vəziyyəti Tripoli şəhərində keçirilən nümayişdə etiraz edilib.

Ölkədə dərinləşən maliyyə böhranı, işsizlik və yoxsulluğun artmasına qarşı bir neçə gündür etiraz nümayişləri keçirilməsi üçün çağırışlar edilirdi.

Çağırışlardan sonra yanvarın 3-də günortadan sonra Tripolinin Nur və Tel meydanlarına toplaşan kütlə işsizliyin artması ilə yanaşı yerli valyutanın və bahalıq vəziyyətilə bağlı şikayətlərini dilə gətirib.

Avqust ayında Beyrut Limanında baş verən böyük partlayışdan sonra istefa edən Həsən Diyab hökumətinin yerinə aylardır yenisini qura bilməyən siyasi qüvvələrin əleyhinə şüarlar səsləndirən etirazçılar "Yeganə həll erkən seçkilərin keçirilməsi" və "Ey Ərəb Birliyi ölkələri bizi xilas edin" yazılı plakatlarla yürüş ediblər.



Әlaqәli Xәbәrlәr