BMT-nin Baş katibi Yәmәndә törәdilә hücumu qınadı

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Yәmәndәki  Әdәn hava limanında törәdilәn hücumu  qınadı.

1555531
BMT-nin Baş katibi Yәmәndә törәdilә hücumu qınadı

 

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş Yәmәndәki  Әdәn hava limanında törәdilәn hücumu  qınadı.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözçüsü  Ferhan Hakın verdiyi bәyanatda  deyilir: ‘‘Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş  yeni hökumәtin Nazirlәr Kabinetinin üzvlәrini daşıyan tәyyarәnin  hava limanına eniş etmәzdәn әvvәl törәdilәn vә onlarla adamın  hәlak olması vә yaralanmasına sәbәb olan  hücumu qınadı’’.

Bәyanatda BMT-nin Yәmәndәki problemlәri hәll etmәk üçün siyası prosesin yenidәn başlaması üçün göstәrilәn sәylәri qәtiyyәtlә dәstәklәdiyi bildirilib.

Qeyd edәk ki, Әdәn hava limanında 3 partlayış törәdilmişdi. Yәmәn sәhiyyә naziri Kasım Buhaybeh verdiyi bәyanatda hücumlar nәticәsindә 25 nәfәrin hәlak olduğunu, 110 nәfәrin dә xәsarәt aldığını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr