Tunis vә Liviya XİN rәhbәrlәri arasında telefon danışığı olub
Tunis vә Liviyanın xarici işlәr nazirlәri Liviyadakı son vәziyyәti vә siyasi dialoq prosesini müzakirә edib.

Tunis vә Liviyanın xarici işlәr nazirlәri Liviyadakı son vәziyyәti vә siyasi dialoq prosesini müzakirә edib.
Tunis xarici işlәr naziri Osman әl-Cerendi ilә liviyalı hәmkarı Mәhәmmәd Tahir әs-Siyale arasında telefon danışığı olub.
Görüşdә Cerendi Tunis hökumәti vә xalqının Liviya böhranını siyasi yolla hәll edilmәsini istәdiyini vә ölkәdә yenidәn tәhlükәsizlik vә sabitliyin tәmin olunması üçün göstәrilәn sәylәri dәstәklәmәyә hazır olduğunu deyib.
Siyale isә prezident Kays Sәid liderliyindә Tunisin Liviyada sülhün tәmin olunması mәsәlәsindә oynadığı roldan vә Liviya Siyasi Dialoq iclaslarına verdiyi töhfәdәn bәhs etdi. Siyale hәmçinin iki ölkә arasındakı sәrhәd mәntәqәlәrinin açılması vә hava nәqliyyatının yenidәn başlamasının da mәhsul vә sәrnişin daşımasını asanlaşdıracağını bildirib.
Liviya xarici işlәr naziri iki ölkәni dә maraqlandıran mövzuları müzakirә etmәk üçün Cerendini Tripoliyә dәvәt edib.
Liviya ilә Tunis arasında yeni növ koronavirus sәbәbindәn bağlanılan sәrhәd-keçid mәntәqәlәri 8 aydan sonra noyabrın 14-dә yenidәn açılmışdı.
Әlaqәli Xәbәrlәr

Co Bayden vә Uhuru Kenyatta arasında telefon danışığı olub
Bu barәdә Ağ Evin mәlbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.