Rusiya Aİ-nın sanksiyalarına “dişə-diş” prinsipi ilə cavab verib

Rusiya Avropa İttifaqının sanksiyalarına cavab olaraq Almaniya təhlükəsizlik orqanlarının bir neçə rəsmisinin adlarını qadağan siyahısına salıb.

1554502
Rusiya Aİ-nın sanksiyalarına “dişə-diş” prinsipi ilə cavab verib

Rusiyanın  Avropa  İttifaqının  tətbiq etdiyi  sanksiyalara  cavab  qərarına görə sözü gedən şəxslər Rusiya ərazisinə daxil ola bilməyəcəklər.

Rusiya  Xarici İşlər Nazirliyinin  bəyanatında bildirilib ki, qəbul  etdiyimiz bu  qərar  Almaniya parlamentinə 2015-ci ildə edilmiş haker hücumuna görə Avropa İttifaqının Moskva üzərinə qoyduğu səfər qadağanlarına cavabdır.

Rusiya Xarici İşlər Nazirliyi “dişə-diş” prinsipi ilə qadağan siyahısına salınmış Almaniya rəsmilərinin adlarını da açıqlamayıb.

Xatırladaq ki, Oktyabr ayında Avropa İttifaqı və Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) rəhbərinə qarşı sanksiyalar qəbul etmişdi. Bundan başqa GRU-nun nəzdindəki daha bir quruma və onun zabirtlərindən birinə qarşı da sanskiyalar elan edilmişdi.



Әlaqәli Xәbәrlәr