İsveçdə islamofobiya davam edir

İsveçdə bir məscidə içində Ağ toz olan təhdid məktubu göndərilib.

1554461
İsveçdə islamofobiya davam edir

Uppsala şəhərindəki məscidin sözçüsü Şadi Kasskeen bu barədə məlumat yayıb. O qeyd edib ki içində Ağ toz olan məktubda təhdidamiz ifadələr yazılıb. Hadisəni polisə bildirdiklərini ifadə edən Kasskeen daha əvvəl də təhdid məktubları aldıqlarını, bunun da Məscid camaatinda təlaşa səbəb olduğunu vurğulayıb. Uppsala Polis idarəsindən yayılan açıqlamada isə məktubla göndərilən ağ tozun zərərsiz maddə olduğunun müəyyənləşdirildiyi, belə kin-küdrət və təhdidlərə qarşı istintaq başladıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr