Avropa İttifaqı ilә İngiltәrә arasında ticarәt müqavilәsi imzalanıb

Avropa İttifaqına üzv ölkәlәrin liderlәri İngiltәrә ilә ‘‘Brexit’’dәn sonra ticari әlaqәlәri müәyyәn edәcәk müqavilәni imzaladı.

1554632
Avropa İttifaqı ilә İngiltәrә arasında ticarәt müqavilәsi imzalanıb

 

Avropa İttifaqına üzv ölkәlәrin liderlәri İngiltәrә ilә ‘‘Brexit’’dәn sonra ticari әlaqәlәri müәyyәn edәcәk müqavilәni imzaladı.

Belçikanın paytaxtı Brüsseldә Aİ-İngiltәrә Ticarәt vә Әmәkdaşlıq razılaşmasının rәsmi imza mәrasimi tәşkil edildi.

Müqavilәni Aİ-ni tәmsil edәn Aİ Şurasının sәdri Şarl Mişel vә Aİ Kommisiyasının sәdri Ursula von der Leyen imzalayıb.

Müqavilәnin bu gün Londona göndәrilmәsi vә İngiltәrә Baş naziri Boris tәrәfindәn dә imzalanması gözlәnilir. Müqavilәnin yanvarın 1-dә müvәqqәti olaraq qüvvәyә minmәsi gözlәnilir.

Qeyd edәk ki, İngiltәrә Aİ-nin tәrkibindәn yanvarın 31-dә  çıxmışdı. İngiltәrә Avropa İttifaqı ilә başda ticarәt olmaqla ikitәrәfli münasibәtlәr  mövzusunda әhatәli müzakirәlәr apardı.

 

 



Әlaqәli Xәbәrlәr