ÜST-dən koronavirusdan daha təhlükəli epidemiya xəbərdarlığı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın gələcəkdə yeni növ koronavirus (Kovid-19) epidemiyasından daha təhlükəli epidemiya ilə qarşılaşa biləcəyini bildirib.

1553739
ÜST-dən koronavirusdan daha təhlükəli epidemiya xəbərdarlığı

ÜST Baş Direktoru Dr. Tedros Adhanom Ghebreyesus, Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahında video konfrans formatında 2020-ci ilin son mətbuat konfransını keçirib. ÜST-nin Kovid-19 epidemiyası ilə bağlı izlədiyi siyasəti yüksək qiymətləndirən Ghebreyesus: “Qlobal həmrəylik yaratmaq üçün dünyanın hər yerindən minlərlə alimlə çalışdıq. Hər gün yeni bir şey öyrənirik. Bəzən yaxşı, bəzən çətin, bəzən sözün əsl mənasında təəccüblü, lakin hamısı faydalıdır”. Ghebreyesus  həmçinin qeyd edib ki, “Heç birimiz bir epidemiyanı təkbaşına bitirə bilmərik, ancaq bu epidemiyanı birlikdə bitirəcəyik”.

Mətbuat konfransında ünvanlanan sualları cavablandıran ÜST Təcili Yardım Proqramının direktoru Mike Ryan da bugünkü dünyanın elm və peyvənd sahəsində inkişaf etmiş bir mərhələdə olduğunu ifadə edərək: “Kovid-19 epidemiyası təhlükəlidir. Qlobal səviyyədə sürətlə yayılır. Lakin bu epidemiya ən təhlükəli epidemiya olaraq qəbul edilməməlidir. Kovid-19 epidemiyada ölüm nisbətlərinin digər xəstəliklərlə müqayisədə az olması bizlərə xəbərdarlıq siqnalıdır. Gələcəkdə daha da  təhlükəli epidemiya ilə qarşı-qarşıya gələbilərik. Buna  hazırlaşmalıyıq”-deyə Ryan vurğulayıb.



Әlaqәli Xәbәrlәr