Dünyada yeni növ koronavirus qurbanlarının sayı 1 milyon 770 mini keçib

İnfeksiyaya yoluxanların sayı 81 milyon 154 min, virusdan müalicә olunaraq sağalanların sayı da 57 milyon 305 mindən yuxarıdır.

1552872
Dünyada yeni növ koronavirus qurbanlarının sayı 1 milyon 770 mini keçib
afp korona genel süper.jpg

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı 1 milyon 772 min 220-ni keçib. İnfeksiyaya yoluxanların sayı 81 milyon 154 min, virusdan müalicә olunaraq sağalanların sayı da 57 milyon 305 mindən yuxarıdır.

340 min 801 insan itkisi və 19 milyon 507 min yoluxma faktı ilə epidemiyanın mərkəzi olan ABŞ-da Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci ölkənin epidemiyada "ən pis vəziyyətin hələ yaşanmamış ola biləcəyi" barədə xəbərdarlıq edərək, "Yaxın bir neçə həftə vəziyyət daha da pis ola bilər" deyib.

Çində ümumilikdə 4 min 634 ölüm və 86 min 955 yoluxma faktı qeydə alınıb. Paytaxt Pekində "Covid-19" xəstələrinin (22 xəstə) sayındakı ani artımın səbəbindən "təcili vəziyyət" elan edildikdən sonra bəzi bölgələrdə giriş və çıxışlar bağlanıb. Bölgədə 92 laboratoriyada 800 min insanın test ediləcəyi bildirilib.

İordaniyada epidemiya səbəbiylə son 24 saat ərzində 29 nəfər həlak olub. Bununla da ölkədə ölənlərin sayı 3 min 758-ə yüksəlib. Müvafiq dövrdə bildirilən min 590 hadisə ilə virusa yoluxanların sayı 287 min 946 olub.. Səhiyyə naziri Nazir Obeidat ölkədə 2 nəfərdə İngiltərədə ortaya çıxan mutasiya olan koronavirus növünün aşkarlandığını açıqlayıb.

Daha əvvəl Cənubi Afrikada aşkar edilmiş koronavirusun yeni forması İsveçrədə də müəyyən edilib.

İngiltərədə dekabrın ortalarında aşkar edilmiş koronavirusun yeni mutasiyası isə İngiltərədən Norveçə gələn iki nəfərdə müəyyən edilib. Hər iki şəxs təcrid olunub. Norveç 29 dekabra qədər İngiltərə ilə uçuşları müvəqqəti dayandırıb.

 Portuqaliyada da virusun İngiltərədə ortaya çıxan növü bir nəfərdə aşkar edilib.

Rusiyada son 24 saat ərzində daha 27 min 787 nəfər yeni növ koronavirusa yoluxub.

Bununla da Rusiyada "Covid-19"a yoluxanların sayı 3 milyon 78 min 35 nəfərə çatıb.

Son 24 saat ərzində 487 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 55 min 265 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.



Әlaqәli Xәbәrlәr