Albert gölündə sərnişin gəmisi batıb:ölənlər var
Albert gölündə Uqandadan Konqo Demokratik Respublikasına (DRC) üzən sərnişin gəmisi batıb, ən az 33 nəfər həyatını itirib.
1551688

Konqo Demokratik Respublikasının Ituru vilayətinin Wanqonqo bölgəsinin liderlərindən Vital Adubana qəza ilə bağlı açıqlamasında gəminin Kolokoto şəhərinin yaxınlığında batdığını ölənlərin çoxunun yeni koronavirüs (Kovid-19) məhdudiyyətləri səbəbiylə leqal yollarla ölkələrinə qayıdabilməyən konqolu olduğunu qeyd edib. O əlavə edib ki, axtarışlar nəticəsində 7 nəfər sağ xilas edilib. Məlumata görə qəzaya güçlü külək səbəb olub.
Әlaqәli Xәbәrlәr

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir
Dünya miqyasında yeni növ koronavirusdan ölәnlәrin sayı 2 milyon 510 min 810-u keçib.