Dmitro Kuleba Ukrayna ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

Ukrayna xarici işlәr naziri Dmitro Kuleba Türkiyә ilә ölkәsi arasındakı әmәkdaşlıqdan mәmnun olduqlarını söylәyib.

1551346
Dmitro Kuleba Ukrayna ilә Türkiyә arasındakı münasibәtlәri qiymәtlәndirib

 

Ukrayna xarici işlәr naziri Dmitro Kuleba Türkiyә ilә ölkәsi arasındakı әmәkdaşlıqdan mәmnun olduqlarını söylәyib.

Dmitro Kuleba onlayn qaydada tәşkil etdiyi iclasda Ukraynanın 2020-ci ildә yürütdüyü siyasәti qiymәtlәndirib.

Kuleba Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu vә müdafiә naziri Hulusi Akarın Kiyevә etdiklәri sәfәrә görә mümnun olduqlarını deyib.

‘‘Sәmәrәli görüşlәr keçirdik, әmәkdaşlıqla bağlı ilkin mәsәlәlәri vә koordinatorları müәyyәn etdik. Bu mәsәlәlәrin ilki  Qara dәnizdә Ukrayna ilә Türkiyә arasında siyasi vә hәrbi әmәkdaşlığı güclәndirmәkdir’’,-deyә Dmitro Kuleba vurğulyıb.

İkinci mәsәlәnin isә aviasiya sәnayesindә әmәkdaşlıq olduğunu bildirәn Kuleba qeyd edib ki, bu sahәdә ortaq layihәlәr hәyata keçirmәk üçün atılacaq addımlarla bağlı bir hәrәkat planı hazırladıq. Bunlar әhәmiyyәt kәsb edәn mәsәlәlәr olacaq.2021-ci ildə 2 + 2 formatında keçirilәcәk  görüşü sәbirsizliklә gözləyirəm.



Әlaqәli Xәbәrlәr