Rusiya və Fransa dövlət başçıları Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

1550421
Rusiya və Fransa dövlət başçıları Qarabağı müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər. 

Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl ümumilikdə icra olunduğunu qeyd edib. Rus sülhməramlılarının "Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş" vurğulanıb.

Prezidentlər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Putin və Makron bundan başqa Ukrayna münaqişəsini, Suriya və Liviya böhranını da müzakirə ediblər.

İki lider İranın nüvə razılaşmasının qorunması barədə təşəbbüslərin birləşdirilməsinə ehtiyac duyulduğunu da dilə gətiriblər. 



Әlaqәli Xәbәrlәr