ÜST "Covid-19"un yeni tipinin xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil olmadığını açıqlayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusun yeni mutasiya etmiş növünün xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil olmadığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirusun yeni mutasiya etmiş növünün xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlil olmadığını bildirib.
Qebreyesus ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki mərkəzi qərargahında video-konfrans formatında təşkil edilən mətbuat konfransında "Son bir neçə gündə İngiltərədə və Cənubi Afrika Respublikasında koronavirus növləri haqqında xəbərlər yayıldı. Viruslar zaman ərzində mutasiyaya uğrayır. Bu, təbiidir və gözlənilən idi" deyib.
İngiltərənin bu növün daha asan yoluxduğunu bildirdiyini söyləyən Qebreyesus "Ancaq indiyə qədər bunun ciddi bir xəstəlik və ya ölümə səbəb olacağına dair bir dəlil yoxdur" ifadəsini işlədib.
İngiltərənin "Covid-19" infeksiyasının daha sürətli yayıldığı bildirilən mutasiyanın aşkarlanmasından sonra Baş nazir Boris Conson və bir qrup elm adamı bu növün 70 faiz daha yoluxucu olduğunu açıqlamışdı. İngiltərənin Səhiyyə naziri Matt Hankak da bu "Covid-19" növünün nəzarətdən çıxdığını bildirmişdi.
"Covid-19"un bu növünün İngiltərədən sonra Danimarka, Hollandiya və Cənubi Afrikada görülməsi nəticəsində Türkiyə kimi bir çox ölkə İngiltərə ilə uçuşları dayandırıb.
Әlaqәli Xәbәrlәr

Co Bayden vә Uhuru Kenyatta arasında telefon danışığı olub
Bu barәdә Ağ Evin mәlbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.