Nikolay Mladenov: "Fələstində 2 milyon 400 min insan humanitar yardıma möhtacdır"

Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasına gələn il Fələstin əhalisinin 47 faizinin humanitar yardıma ehtiyacı olacağını bildirib.

1549449
Nikolay Mladenov: "Fələstində 2 milyon 400 min insan humanitar yardıma möhtacdır"

Fələstində 2 milyon 400 min insanın yardıma ehtiyacı olduğu bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Orta Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasına gələn il Fələstin əhalisinin 47 faizinin humanitar yardıma ehtiyacı olacağını bildirib.

Mladenov Fələstində 2 milyon 400 min insanın hələ də humanitar yardıma ehtiyacı olduğunu ifadə edərək, fələstinlilər üçün beynəlxalq birliyə 417 milyon dollar yardım çağırışı etib.

İsrailin qanunsuz məskunlaşma planlarını genişləndirməyə davam etdiyini vurğulayan Mladenov bu məskunlaşmaların beynəlxalq hüququ və BMT qərarlarını açıq şəkildə pozduğunu bildirərək, israilli səlahiyyətliləri məskunlaşma planlarına və fələstinlilərin mülklərini dağıtmağa dərhal son qoymağa çağırıb.



Әlaqәli Xәbәrlәr