Beynəlxalq Yol Nəqliyyatı Birliyinin Fransa və digər ölkələrə tədarük zəncirilə əlaqədar çağırışı

Beynəlxalq Yol Nəqliyyatı Birliyi Fransa və digər ölkələri tədarük zəncirinin pozulmaması üçün qurudan sərhəd-keçid məntəqələrini açıq saxlamağa çağırıb.

1549445
Beynəlxalq Yol Nəqliyyatı Birliyinin  Fransa və digər ölkələrə tədarük zəncirilə əlaqədar çağırışı

Beynəlxalq Yol Nəqliyyatı Birliyi İngiltərədə yeni növ koronavirusun (Covid-19) 70 faiz daha sürətli yayılan bir tipinin aşkarlanmasından sonra Fransa və digər ölkələri tədarük zəncirinin pozulmaması üçün qurudan sərhəd-keçid məntəqələrini açıq saxlamağa çağırıb.

Beynəlxalq Yol Nəqliyyatı Birliyinin (IRU) bəyanatında "Birlik Fransa, İngiltərə və digər hökumətləri yük daşımalar üçün sərhədləri açıq saxlamağa və yeni "Covid-19" tədbirlərinə aydınlıq gətirməyə çağırır" ifadələri yer alıb.

Bəyanatda bildirilib ki, Fransanın yeni növ koronovirusun 70 faiz daha sürətli yayılan bir tipinin aşkarlanması səbəbindən İngiltərə ilə olan sərhəd-keçid məntəqəsini 48 saatlığına bağlama qərarı böyük yük maşınları ilə yük daşınmasında əhəmiyyətli ləngimələrə səbəb olacaq. Bu qərar Milad bayramı ərəfəsində İngiltərəyə təzə qida tədarükünə də mənfi təsir edəcək. 

Digər tərəfdən, İngiltərənin Baş naziri Boris Conson Fransanın yeni növ koronavirusun daha sürətli yayılan bir növü səbəbilə TIR-ların keçməsinə icazə verməməsi ilə əlaqədar bu ölkənin prezidenti Emmanuel Makron görüşdüyünü və problemin bir neçə saat ərzində həll ediləcəyinə ümid etdiyini söyləmişdi.

İki ölkə arasında Milad bayramı ərəfəsində olduğu kimi işlərin sıx olduğu zamanlarda gündə orta hesabla 10 min nəqliyyat vasitəsi fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr