Antonio Quterreş: "Peyvəndin dünyanın hər yerində əlçatan olması vacibdir"

BMT-nin Baş katibi Antonio Quterreş yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə edilməsinin vacibliyini dilə gətirib.

1547579

Baş katibin Berlində Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib: "Bəzi ölkələr xalqları üçün ehtiyac duyduqlarından daha çox "Covid-19" peyvəndi alıblar. Bu ölkələrin ehtiyac duymadıqları peyvəndləri inkişaf etməkdə olan ölkələrə verə bilərlər".

"Covid-19" ilə mübarizənin millətçiliklə deyil, beynəlxalq əməkdaşlıqla edilə biləcəyini vurğulayan Quterreş "Əlbətdə hökumətlərin öz xalqlarını qorumaq məsuliyyəti var, ancaq digər ölkələrdə bu qoruma olmadığı təqdirdə xalqınızı qoruya bilməzsiniz" deyib.
"Covid-19" peyvəndinin bərabər paylanmasını tələb edən Quterreş peyvəndin dünyanın hər yerində əlçatan olmasının vacibliyini dilə gətirib.

Әlaqәli Xәbәrlәr