Yens Stoltenberq: "ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi məni təəssüfləndirdı"

NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən Türkiyəyə sanksiya tətbiq etməsinə təəssüfləndiyini bildirib.

1546203

Baş katib "Türkiyə və bütün NATO müttəfiqlərini həll yolları axtarmağa çağırıram" deyib.

Belçikanın paytaxtı Brüsseldə olan Yens Stoltenberq Monteneqronun Baş naziri Zdravko Krivokapic ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarı ilə əlaqədar sualları cavablandırıb.

"NATO müttəfiqlərinin bir-birlərinə qarşı sanksiya tətbiq etməsi vəziyyətində olduğumuzdan kədərliyəm" deyən Stoltenberg Türkiyənin S-400 sistemlərini satın alması ilə əlaqədar narahatlıqlarını daha əvvəl dilə gətirdiyini söyləyib.
Stoltenberq bundan əlavə "Bu, milli bir qərardır. Lakin S-400 sistemi NATO sistemləri ilə uyğun deyil. Bunlar NATO-nun hava və raketdən müdafiə sistemlərinə inteqrasiya edə bilməzlər. Bununla əlaqədar narahatlığımı bildirmişəm. Türkiyə və bütün NATO müttəfiqlərini həll axtarmağa çağrıram. Hazırda əhəmiyyətli olan Türkiyə və alyans üçün çətin olan bu vəziyyətə necə müsbət həll yolu tapa biləcəyimizə nəzər salmaqdır" deyib.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 sistemlərinin alınması səbəbiylə Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq etmək qərarına gəlib.

Әlaqәli Xәbәrlәr