Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib

Sergey Lavrov rəsmi səfərdə olduğu Bosniya və Herseqovinada mətbuat konfransda ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirib.

1545530
Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Rusiyadan S-400 zenit-raket sistemləri əldə etməsi ilə əlaqədar Vaşinqton tərəfindən Ankaraya qarşı sanksiya tətbiq edilməsi beynəlxalq hüquqa təkəbbürlü münasibətin təzahürüdür" deyib.

Sergey Lavrov rəsmi səfərdə olduğu Bosniya və Herseqovinada mətbuat konfransda ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiya qərarına münasibət bildirib.

“Bu, əlbəttə ki, beynəlxalq hüquqa qarşı növbəti saymazcasına bir münasibətin təzahürüdür, ABŞ-ın illərdir istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin göstəricisidir. Bu cür addımlar beynəlxalq arenada ABŞ-ın nüfuzunu artırmır”, - Lavrov belə deyib.

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbiylə Türkiyəyə bəzi sanksiya qərarları tətbiq etmə barədə qərara gəlib.



Әlaqәli Xәbәrlәr