Əlcəzairdə erkən seçki keçiriləcək

Əlcəzair Prezidenti Əbdulməcid Tebbun növbədənkənar parlament və bələdiyyə seçkilərinə hazırlıq məqsədilə yeni seçki qanununun 15 gün ərzində hazırlanması üçün göstəriş verib.

1544765

Prezident Tebbun oktyabr ayında Almaniyaya koronavirus (Covid-19) müalicəsi üçün getdiyindən bəri ilk dəfə "Twitter" hesabından yayımladığı videoçarxda sağaldığını, tezliklə ölkəsinə qayıdacağını və yeni Əlcəzairin inşasına davam edəcələrini söyləyib.

Əlcəzairə qayıtma tarixinin hələ dəqiq olmadığını və iki-üç həftə içində geri dönə biləcəyini qeyd edən Tebbun ölkəsindəki vəziyyəti hər an izlədiyini vurğulayıb.

Tebbun 15 gün ərzində yeni seçki qanununun hazırlanması üçün təlimat verdiyini də bildirib.

Məclisin iki qanadının və ölkədəki bələdiyyələrin vəzifə müddəti 2022-ci ilin mayında başa çatacaq.

Әlaqәli Xәbәrlәr