Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon 735 min nəfərə yüksəlib.

1543447
Dünyada koronavirusdan ölәnlәrin sayı artmaqda davam edir

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon 735 min nəfərə yüksəlib.

Müxtəlif ölkələrin statistikasına görə, dünyada 1 milyon 588 min 750 insan infeksiyanın qurbanı olub, eyni zamanda virusa yoluxmuş 49 milyon 166 mini insan sağalıb.
Koronavirusdan ən çox ABŞ əziyyət çəkir. Bu ölkədə təhlükəli infeksiyaya yoluxanların sayı 16 milyon  17 min 418 nəfər təşkil edir. Birləşmiş Ştatlar ölənlərin sayına görə də dünyada liderlik edir. Bu ölkədə 299 min 511 insan pandemiyanın qurbanı olub.

İngiltərədə son 24 saat ərzində virus səbəbiylə 516 nəfərin ölümü ilə, insan itkisi 63 min 82-ə yüksəlib. 20 min 964 yeni xəstə ilə virusun yoluxduğu insan sayı 1 milyon 787 min 783 olub. Ölkədə xəstələrin artmasının ən çox 11-18 yaş arasında olduğu və paytaxt Londonun virusun ən çox yayıldığı yer olduğu bildirilib.

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı son bir gündə 16 min 999 nəfər artıb.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 887 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 62 min 626 nəfərə çatıb. Ölkədə hazırda 696 min 527 aktiv koronavirus xəstəsi var, onlardan 3 min 291-i ağır vəziyyətdədir.

Ermənistanda daha 1 077 nəfərdə koronavirus aşkarlanıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 146 min 317 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 29 nəfər artaraq 2 min 445-ə çatıb. "Covid-19" diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 613 nəfərə yüksəlib. İndiyədək 123 min 474 nəfər infeksiyadan sağalıb.

Hazırda ölkədə 19 min 785 aktiv koronavirus xəstəsi var.

Rusiyada son 24 saat ərzində daha 28 min 585 nəfər yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxub. 

Rusiyada "Covid-19"a yoluxanların sayı 2 milyon 597 min 711 nəfərə çatıb. 

Son 24 ərzində 613 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 45 min 893 nəfərə çatıb. 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.



Әlaqәli Xәbәrlәr