10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günüdür

Bu gün İnsan Hüquqları Günü kimi qeyd olunur.

1103767
10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günüdür

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi 1948-ci il dekabrın 10-da ilk dəfə hamı və hər kəs üçün prinsipi ilə ümumbəşər mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənəd – İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul etmişdir. 

Türkiyə 1949-cu ilin aprel ayında BMT-nin quruluş bəyannaməsini təsdiqlədi. 1949-cu ildən bəridir ölkəmizdə də dünyada olduğu kimi İnsan Hüquqları Günü hər il 10 dekabrda qeyd olunur. İnsan Hüquqları Gününün dünya səviyyəsində qeyd olunması təbii ki həmin zamanda insan hüquqları şuurunun artması sayəsində olub. 2-ci Dünya Müharibəsi müddətində ehtiraslarına məğlub olan diktatorların dünyanı uçurumun astanasına gətirməsi milyonlarla insanın hərb, soyqırımı və qətliam yaşaması, insan olduğuna görə haqların beynəlxalq ictimaiyyət tərəfindən tanınmasını və zəmanət altına alınmasına səbəb oldu. Hal-hazırda da geniş dairəli muharibələr yaşanmasa da İraq, Suriya kimi yerlərdə yaşanan toqquşmalar açıq insan hüquqları pozuntularıdır və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən sona çatdırılmağa cəhd edilir. Arzurumuz dünyanın harasında olmasından asılı olmayaraq toqquşma, qarışıqlıq və terror mənbəli insan hüquqları pozuntularına son qoyulmasıdır.



Әlaqәli Xәbәrlәr