İsrail qırıcıları Livanın hava məkanını pozub

İsrailə məxsus döyüş təyyarələri Livanın müxtəlif bölgələrində hava məkanını pozaraq paytaxt Beyrutda alçaqdan uçub.

1542223
İsrail qırıcıları Livanın hava məkanını pozub

İsrailə məxsus döyüş təyyarələri Livanın müxtəlif bölgələrində hava məkanını pozaraq paytaxt Beyrutda alçaqdan uçub.

Livanın rəsmi xəbər agentliyi "NNA"-da yer alan xəbərə görə, ölkənin hava məkanını pozan İsrailin döyüş təyyarələri cənubdakı Nebatiye vilayətindən sonra paytaxt Beyrut və Beka bölgələrində də intensiv şəkildə alçaqdan uçuşlar reallaşdırıb. 

Xəbərdə Livan hava məkanını pozan İsrail döyüş təyyarələrinin sayı ilə bağlı hərhansı məlumat verilməyib.

İsrailin pilotsuz uçuş aparatları, döyüş təyyarələri və döyüş gəmiləri Livan sərhədlərini tez-tez pozur.

Livan rəsmiləri bu sui-istifadə hallarından hər fürsətdə Birləşmiş Millətlərə şikayət edirlər.



Әlaqәli Xәbәrlәr