İngiltərədə "Covid-19" əleyhinə peyvəndin tətbiqinə başlandı

İngiltərə ilk dəfə əhalinin koronavirus əleyhinə peyvənd edilməsinə start verdi.

1541459
İngiltərədə "Covid-19" əleyhinə peyvəndin tətbiqinə başlandı

İngiltərə ilk dəfə əhalinin koronavirus əleyhinə peyvənd edilməsinə başladı.

"Pfizer-BioNtec" əməkdaşlığı ilə hazırlanan yeni növ koronavirus (Covid-19) əleyhinə peyvəndi ilk dəfə 90 yaşlı Marqaret Keenana tətbiq edilib.

Keenana 91 yaşına girmədən bir həftə əvvəl İngiltərənin mərkəzində yerləşən Koventry şəhərindəki yerli xəstəxanada koronavirus peyvəndi vurulub.

Ölkə daxilində ilk mərhələdə 400 min insanın peyvənd edilməsi hədəflənir.

Peyvənd proqramı böyük mərkəzlərdən və xəstəxanalardan başlanır.

Bəzi stadionlar və idman salonları kimi geniş yerlər də peyvənd üçün istifadə ediləcək. Ailə həkimləri və apteklər də proqrama daxil ediləcək.

Birinci mərhələdə İngiltərə daxilində 50 xəstəxanaya çatdırılan peyvəndlər -70 temperaturda saxlanılmalıdır.

Belçikadan İngiltərəyə göndərilən "Pfizer-BioNtec" peyvəndləri onlayn da təqib edilir.

Peyvəndin 21 gündən sonra ikinci dozası tətbiq ediləcək.

İlk koronavirus vaksini əməliyyatı çərçivəsində xəstəlikdən ölkənin fiziki cəhətdən ən zəif sakinləri - qocalar evlərinin pasiyentləri, tibbi və sosial işçilər, həmçinin yaşı 80-dən çox olan insanlar peyvənd ediləcəklər.

Yaxın həftələrdə 94 yaşlı Kraliça II Yelizaveta və 99 yaşlı həyat yoldaşı Şahzadə Philipininə də peyvənd vurulacağı iddia edilir.

Ölkədə "Covid-19"dan ölənlərin sayı 61 min 434-ə, virus aşkarlananların sayı isə 1 milyon 737 min 960-a yüksəlib.

İngilislərin əksəriyyəti koronavirusla mübarizdə ingilis hökumətini tənqid edir.
Ölkədə koronavirus məhdudiyyətlərinə reaksiyalar da davam edir.

Paytaxt Londonda məşhur bir mağazanın filialına girmək istəyən yüzlərlə maskasız gənc küçəni yol hərəkətinə bağlayıb. Polis müdaxilə edərkən 4 nəfər nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr