Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 66 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 46 milyonu  keçib.

1540272

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 280 mini, infeksiyaya yoluxanların sayı da 14 milyonu keçib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 662 artaraq  59  min 514-ә, virusa yoluxanların sayı da 1 milyon 709 min 991-ә çatıb.

Fransada epidemiya qurbanlarının sayı  gün әrzindә 216 artaraq 54 min 981-ә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 281 min 475-ә çatıb.

Hindistanda koronavirus qurbanlarının sayı 140 mini, infeksiyaya yoluxanların sayı isә 9 milyonu keçib.

Afrika qitәsindә epidemiyadan ölәnlәrin sayı 53 mini, virusa yoluxanların sayı da 2 milyonu keçib.

Әlaqәli Xәbәrlәr