Dünyada koronavirusdan sağalanların sayı 45 milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 66 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 45 milyonu  keçib.

1539941

İngiltərədə koronavirus qurbanlarının sayı 24 saat ərzində 504 artaraq 60 mini,  infeksiyaya yoluxanların sayı isә 16 min 298  artaraq  bir milyonu keçib. Ölkәdә noyabrın 5-dә başlayan milli karantin müddәti sona çatıb.

Fransada epidemiya qurbanlarının sayı  gün әrzindә 284  artaraq 54 min 767-yә yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 268 min 552-yә  çatıb.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 280 mini, infeksiyaya yoluxanların sayı da 14 milyonu keçib.

İtaliyada koronavirus qurbanlarının sayı 58 min 852-yә, virusa yoluxanların sayı da 1 milyon 688 min 939-a çatıb.

Braziliyada koronavirus qurbanlarının sayı gün әrzindә 694-ә, Meksikada 690-a, Argentinada 209-a, Kolumbiyada 162-yә, Peruda 91-ә, Çilidә 39-a vә Ekvadorda 84-ә çatıb.

Әlaqәli Xәbәrlәr