Xorvatiyanın keçmiş prezidenti ‘‘TRT World Forum 2020’’ dә çıxış edib

‘‘Pandemiyadan sonra dünyada beynәlxalq nizam vә dәyişәn dinamikalar’’ başlığı altında keçirilәn ‘‘TRT World Forum 2020’’ çәrçivәsindә ‘‘Böyük güclәrin Balkan ölkәlәrindәki rәqabәti’’ mövzusunda iclas keçirilib.

1538674

Yeni növ koronavirus epidemiyası sәbәbindәn bu il onlayn qaydada keçirilәn ‘‘TRT World Forum 2020’’ yә qatılan mütәxәssislәr xüsusilә Avropa İttifaqı, Amerika Birlәşmiş Ştatları, Rusiya vә Çinin Balkan ölkәlәrinә olan tәsirini müzakirә edib.

Xorvatiyanın keçmiş prezidenti İvo Josipoviç Avropa İttifaqı, Amerika Birlәşmiş Ştatları, Rusiya vә Çinin Balkan ölkәlәrinә olan tәsirinә toxunaraq deyib: ‘‘Bölgәdә sülh vә rifahın tәmin olunması mәsәlәsindә ölkәlәrin daxili siyasәti çox әhәmiyyәtlidir’’.

Rusiya vә ABŞ-ın bölgәdә iqtisadiyyat, enerji vә siyasәt sahәlәrindә aktiv rol oynadığını bildirәn Josipoviç Çinin isә son illәrdә iqtisadiyyat sahәsinә ciddi rol oynadığını vurğulayıb.

Bosniya vә Herseqovinadakı Srebrenitsa Anım Mәrkәzinin müdiri Emir Suljagiç dә Rusiyanın xüsusilә hәrbi, iqtisadi vә informasiya sahәlәrindә bir çox ölkәdә aktiv rol oynadığını qeyd edib.

‘‘Rusiyanın tәhlükәsizlik sәhәsinә dә ciddi tәsiri var’’,-deyә  Emir Suljagiç vurğulayıb.

Әlaqәli Xәbәrlәr