Qәtәr Türkiyәdә baş tutan iclası yüksәk qiymәtlәndirib
Qәtәr Nazirlәr Kabineti Türkiyә-Qәtәr Yüksәk Strateji Şuranın iclasının nәticәcәsini mәmnuniyyәtlә qarşılayıb.

Qәtәr Nazirlәr Kabineti Türkiyә-Qәtәr Yüksәk Strateji Şuranın iclasının nәticәcәsini mәmnuniyyәtlә qarşılayıb.
Qәtәrin rәsmi QNA xәbәr agentliyinin yaydığı mәlumata әsasәn, Qәtәr Nazirlәr Kabinetinin hәftәlik toplantısında Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә Qәtәr Әmiri Şeyx Tәmim bin Hәmad әl Saninin rәhbәrliyi ilә keçәn hәftә Ankarada baş tutan Türkiyә-Qәtәr Yüksәk Strateji Şuranın VI iclasının nәticәlәrinin mәmnuniyyәtlә qarşılandığı ifadә edilib.
Qәtәr Nazirlәr Kabineti görüşlәrin iki ölkә arasındakı güclü strateji әlaqәlәrin dәrinliyinin göstәricisi olduğunu vurğulayıb.
Türkiyә vә Qәtәr arasında müxtәlif sahәlәrdә inkişaf edәn ikitәrәfli münasibәtlәr çәrçivәsindә noyabrın 26-da Türkiyә-Qәtәr Yüksәk Strateji Şuranın VI iclası Ankarada keçirilmişdi vә iki ölkә arasında әmәkdaşlığa dair 10 müqavilә imzalanmışdı.