Dünyada koronavirusdan sağalanların sayı 44 milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 64 milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 44 milyonu  keçib.

1538581

İngiltərədə koronavirus qurbanlarının sayı 24 saat ərzində 648 artaraq 59 min 699-a, infeksiyaya yoluxanların sayı isә 16 min 170  artaraq  bir milyonu keçib. Ölkәdә noyabrın 5-dә başlayan milli karantin müddәti sona çatıb.

Fransada epidemiya qurbanlarının sayı  gün әrzindә 313  artaraq 53 min 816-ya yüksәlib. Ölkәdә virusa yoluxanların sayı 2 milyon 244 min 635-ә  çatıb.

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 250 mini, infeksiyaya yoluxanların sayı da 14 milyonu keçib.

Almaniyada koronavirusdan ölәnlәrin sayı 17 min 812-yә, virusa yoluxanların sayı da bir milyon 105 min 800-ә çatıb.

İspaniyada koronavirus qurbanlarının sayı 45 mini, epidemiyaya yoluxanların sayı da bir milyonu keçib.

Meksikada koronavirus qurbanlarının sayı 100 mini, yoluxanların sayı da bir milyonu keçib. Ölkәdә ‘‘Pfizer-BioNtech’’ firmalarının koronavirusa qarşı hazırladığı peyvәndin tәtbiqinә başlanacaq. Peyvәnd ilk olaraq hәkimlәrә vә tibb bacılarına tәtbiq edilәcәk.

Әlaqәli Xәbәrlәr