Yens Stoltenberq: ‘‘Bu mexanizmi güclәndirmәk istәyirik’’

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyә ilә Yunansıstan arasında Şәrqi Aralıq dәnizindәki olayların vә qәzaların qarşısını almaq üçün yaradılan  mexanizmin işlәdiyini vә bunu güclәndirmәk istәdiklәrini bildirib.

1537875

Yens Stoltenberq videokonfrans formatında keçirilәn NATO-nun xarici işlәr nazirlәri sәviyyәsindәki iclasından sonra mәtbuat konfransı tәşkil edib.

İclasda Şәrqi Aralıq dәnizindәki vәziyyәtin dә gündәmә gәldiyini bildirәn Stoltenberq Türliyә ilә Yunanıstan arasında arzu olunmayan  olaylar vә qәzaların qarşısının alınması üçün mexanizm ilә rabitә xәttinin yaradıldığını vә bәzi tәlimlәrin qarşılıqlı şәkildә lәğv olunduğunu xatırladıb.

‘‘Yaradılan mexanizm işlәyir. Qarşılıqlı mәlumat mübadilәsi var va әlaqә kanalları açıqdır. Bu mexanizmi daha da güclәndirmәk üçün hazır olduğumu hәr iki nazirә dә söylәdim. Bunu edә bilәrik, çünki NATO çәrçivәsindә hәr gün bir araya gәlirik’’,-deyә Yens Stoltenberq vurğulayıb.

Әlaqәli Xәbәrlәr