İngiltәrә “BioNTech” firmasının ‘‘Covid-19’’a qarşı hazırladığı peyvәndin istifadәsinә icazә verdi

İngiltәrә türkiyәli professor Uğur Şahinin qurucusu olduğu alman biotexnoloji “BioNTech” firmasının amerikanın ‘‘Pfizer’’ firması ilә yeni növ koronavirusa qarşı hazırladığı peyvәndin istifadәsinә icazә verdi.

1538201

BBC-nin yaydığı xәbәrә әsasәn, İngiltәrәnin Dәrman vә Sağlamlıq Mәhsullarının Tәnzimlәnmәsi üzrә Agentliyi  ‘‘BNT162b2" adlı  peyvәndin tәhlükәsiz olduğunu bildirib. Belәliklә İngiltәrә ‘‘Covid-19’’a qarşı hazırlanan bir peyvәndin istifadәsinә icazә verәn ilk ölkә oldu. İngiltәrәdә gәlәn hәftәdәn etibarәn müәyyәn edilәn qruplara vaksinin tәtbiq edilmәsi gözlәnilir. İngiltәrә daha әvvәl 40 milyon doz vaksinin alınması ilә bağlı ilkin müqavilә imzalamışdı.

Qeyd edәk ki, “BioNTech” ilә ‘‘Pfizer’’ şirkәtlәrinin hazırladığı peyvәnd üç mәrhәlәdәn ibarәt  kliniki sınaqlardan keçib vә koronavirusa qarşı 95% effekt verib.

Sәhiyyә naziri Fәxrәddin Koca noyabrın 25-dә Türkiyәnin peyvәnddәn 25 milyon doza almaq üçün görüşlәr apardığını açıqlamışdı.

Şirkәt 2020-ci ilin sonunadәk 100 milyon, 2021-ci ilin sonunadәk isә 1,3 milyard doza vaksin hazırlamağı planlaşdırır.

Әlaqәli Xәbәrlәr