Dünyada koronavirusdan ölәnlәrin sayı bir milyonu keçib

Dünyada yeni növ koronavirusdan ölәnlәrin sayı bir milyonu, infeksiyaya yoluxanların sayı 62  milyonu, virusdan müalicә olunaraq sağalanların sayı da 42 milyonu  keçib.

1535926

Amerika Birlәşmiş Ştatlarında koronavirus qurbanlarının sayı 270 mini, infeksiyaya yoluxanların sayı da 13 milyonu keçib.

Almaniyada koronavirusdan ölәnlәrin sayı 15 mini, infeksiyaya yoluxanların sayı da 900 mini keçib.Almaniyada yeni növ koronavirusla bağlı görülәn tәdbirlәrin dekabr ayının 20-dәk  davam edәcәyi, lazımi tәqdirdә bu müddәtin uzadıla bilәcәyi bildirilib. Bu sәbәbdәn dekabrın 20-dәk teatr, opera, konsert zalları, idman zalları, әylәncә mәkanları fәaliyyәt göstәrmәyәcәk.

Digәr Avropa ölkәlәrindә isә vәziyyәt belәdir:

Braziliyada koronavirusdan ölәnlәrin sayı 170 mini, Meksikada 100 mini, İngiltәrәdә 50 mini, İtaliyada 50 mini, Fransada 50 mini, İspaniyada 44 mini, Argentinada 38 mini, Kolumbiyada 36 mini, Peruda 35 mini, Belçikada 16 mini, Polşada 16 mini, Çilidә 15 mini, Ekvadorda 13 mini, Ukraynada 11 mini, Kanadada 11 mini vә Rumıniyada 10 mini keçib.

Әlaqәli Xәbәrlәr