Mariya Zaxarova: ''Türkiyә vә Rusiya Dağlıq Qarabağla bağlı danışıqlarını davam etdirir''

Rusiya Xarici İşlәr Nazirliyinin sözçüsü Mariya Zaxarova Dağlıq Qarabağda sabitliyin tәmin olunması mәsәlәsindә Türkiyә ilә danışıqlar apardıqlarını söylәyib.

1535661

Hәftәlik mәtbuat toplantısında çıxış edәn Mariya Zaxarova Türkiyә ilә siyasi, diplomatik başlıqlar vә  müxtәlif sahәlәrdәki  әmәkdaşlıqla  yanaşı  hәrbi sәviyyәdә dә görüşlәrin aparıldığını ifadә edib.

Zaxarova deyib: ‘‘Әlbәtdә bunların nә istiqamәtdә olacağını vә  bölgәdәki vәziyyәti sistematik olaraq görüş keçirәn dövlәt başçıları müәyyәn edir’’.

Rusiya Prezidenti Vladimir Putin,  Azәrbaycan Prezidenti İlham Әliyev vә Ermәnistan Baş naziri Nikol Paşinyan noyabrın 10-dan etibarәn Dağlıq Qarabağda qarşıdurmaların dayanması üçün müqavilә imzalamışdı.

Müqavilәdә Rusiyanın cәbhә xәtti vә Laçın dәhlizi boyunca 1960 hәrbi personal, 90 zirәhli texnika, 380 avtomobil vә xüsusi avtomobilin yer alması nәzәrdә tutulur.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akarın Rusiya müdafiә naziri Sergey Şoyqu ilә keçirdiyi görüşdә noyabrın 11-dә Dağlıq Qarabağda atәşkәsә nәzarәt edәcәk Türkiyә-Rusiya birgә monitorinq mәrkәzinin yaradılması ilә әlaqәdar anlaşma memorandumu imzalamışdılar.

Әlaqәli Xәbәrlәr