Qırmızı dәnizin cәnubunda terror aktının qarşısı alınıb

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Qırmızı dәnizin cәnubunda terror aktının qarşısının alındığını açıqlayıb.

1534402
Qırmızı dәnizin cәnubunda terror aktının qarşısı alınıb

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri Qırmızı dәnizin cәnubunda terror aktının qarşısının alındığını açıqlayıb. Malumatda müdaxilә zamanı bir ticarәt gәmisinә ziyan dәydiyi bildirilib.

Bu barәdә Sәuadiyyә Әrәbistanının Әl-İhbariyyә telekanalının internet sәhifәsindә mәlumat verilib. Mәlumatda Qırmızı dәnizin cәnubunda İran tәrәfindәn dәstәklәnәn Husilәrә mәxsus partlayıcı yüklü bir  qayığın mәhv edildiyi vә dәnizdәki gәmilәri hәdәf alan terror aktının qarşısının alındığı bildirilib. Mәlumatda hәmçinin  hücum zamanı bir ticarәt gәmisinә ziyan dәydiyi vurğulanıb.

Qeyd edәk ki, Husilәr mәsәlә ilә bağlı açıqlama vermәyib.

Uzun müddәtdir qeyri-qabitliyin hökm sürdüyü Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә yәmәn hökumәtinә dәstәk verir.






 




 



Әlaqәli Xәbәrlәr