Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamәni qәbul edib

Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamәni qәbul edib.

1534387
Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamәni qәbul edib

Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәtnamәni qәbul edib.

Simvolik әhәmiyyәtә malik qәrar lehinә 305, әleyhinә isә 1 senat üzvü sәs verib. 30 senat üzvü isә bitәrәf qalıb.

Qәrarda Fransanın ermәnilәrә humanitar yardım edilmәsinin vә Dağlıq Qarabağda törәdilәn hәrbi cinayәtlәrlә bağlı beynәlxalq istintaqın aparılmasının vacibliyi vurğulanıb.

Ermәnilәrә aid dini mәkanların qorunmasının әhәmiyyәti vurğulanan qәrarda Dağlıq Qarabağdakı evlәrini tәrk etmәk mәcburiyyәtindә qalanların  evlәrinә geri qayıda bilmәsinә yardım edilmәsi tәlәb edilib.
Qәrarda Fransa hökumәtinә dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıması ilә әlaqәdar çağırış da edilib.
Fransa Senatı dırnaqarası ‘‘Dağlıq Qarabağ Respublikası’’nı tanıyan qәrar qәbul etsә dә, Azәrbaycan ilә Ermәnistan arasında imzalanan atәşkәs razılaşmasında  Dağlıq Qarabağın statusunu müәyyәn edәn müddәa yoxdur.
Birlәşmiş Millәtlәr Tәşkilatı Dağlıq Qarabağı Azәbaycanın torpağı olaraq qәbul edir.

 



Әlaqәli Xәbәrlәr